Top.Mail.Ru

CƏMİYYƏT

Müxalifət liderindən Paşinyana mesaj: “Putinə yox, İlham Əliyevə müraciət etməlisən”

“Ermənistanın dövlət rəhbəri hərbi dəstək, döyüş əməliyyatlarının dayandırılması üçün növbəti dəfə Rusiya prezidentinə müraciət edib və rədd cavabı alıb. Paşinyan hərbi əməliyyatların dayandırılması üçün Vladimir Putinə yox, İlham Əliyevə müraciət etməlidir”.

KAİM.az  xəbər verir ki, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı öz “Facebook” statusunda yazıb.

A.Hacı daha sonra bildirib: “Atəşkəsin şərtləri elan olunub. İndi bu vəziyyətdən ən düzgün çıxış yolu Azərbaycan tərəfin bu şərtlərinə əməl etmək, silahlı birləşmələri işğal edilmiş ərazilərdən çıxartmaqdır”.

“Müsavat” başqanı Emənistanın Baş naziri Nikol Paşinyana mesaj da ünvanlayıb: “Müharibənin taleyi həll olunub və nəticənin necə olacağı hər kəsə bəllidir. Bundan sonra müqavimətin davam etdirilməsi bu nəticəni dəyişdirməyəcək. Hərbi, siyasi və milli mənafelər baxımından əhəmiyyətsiz olan bu müqavimətin davam etdirilməsi nəticəsində çoxsaylı insan tələfatına və iqtisadi potensialın məhv edilməsinə görə tarixi məsuliyyət Ermənistanın indiki hərbi-siyasi rəhbərliyinin üzərində qalacaqdır. Problemin həllinin açarı Moskvada, Parisdə, Cenevrədə deyil. Bakıdadır”. /Dominant.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button