Top.Mail.Ru
CƏMİYYƏT

Fransa azad olunan ərazilərin minalardan təmizlənməsi üçün Azərbaycana 400 min avro ayıracaq – Səfir |

Fransa işğaldan azad olunan ərazilərin minalardan təmizlənməsi üçün Azərbaycana 400 000 avro ayırmaq niyyətindədir.
.az xəbər verir ki, bunu Fransanın Azərbaycandakı səfiri Zakari Qros öz “Twitter” səhifəsində yazıb.

“Beynəlxalq əməkdaşlığa ehtiyac duyulan başqa bir sahə məcburi köçkünlərin öz torpaqlarına qayıda bilmələri üçün ərazilərin minalardan təmizlənməsidir. Qarabağda minalardan təmizlənməni tələb edən ərazilər çox böyükdür. Buna görə rəsmi olaraq ANAMA-ya bu məlumat verməkdən məmnunam. Fransa ərazilərin minalardan təmizlənməsi üçün Azərbaycana 400 000 avro ayırmaq niyyətindədir” – deyə, səfir bildirib.

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button