Top.Mail.Ru
CƏMİYYƏT

Şimal sərhədimizdə qalan yüzlərlə vətəndaş Azərbaycana QAYITDI |

Rusiyaya gedən və pandemiya səbəbindən ölkəyə qayıda bilməyən soydaşlarımızın daha bir dəstəsi Azərbaycana buraxılıb.
.az xəbər verir ki, Azərbaycan-Rusiya sərhədində yerləşən Qusarın Samur keçid məntəqəsində Azərbaycan vətəndaşları ən əvvəl sərhədçilərimiz tərəfindən yoxlanılaraq əraziyə daxil olub.

TƏBİB-in Qusar rayon mərkəzi xəstəxanasının təcili tibbi yardım briqadası ölkəyə gələn Azərbaycan vətəndaşlarından Covid-19 -qarşı test nümunəsi götürüblər.
Qeyd edək ki, test edilən şəxslər bir günlük karantinə alınıblar. Test nümunəsinin cavabı pozitiv çıxanlar Quba regional Covid-19 xəstəxanasına yerləşdiriləcək, nəticəsi neqativ çıxanlar isə gedəcəkləri ünvana yola salınacaqlar.
Məlumata görə, sentyabrın 7-də 113, bu gün isə 120 nəfər Azərbaycan vətəndaşı Rusiyadan ölkəmizə gəlib.

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button