Top.Mail.Ru
CƏMİYYƏT

İntim videosu yayılan Ramiz Göyüşov DANIŞDI |

Haqqımda yayılan video şəxsimə qarşı edilən şantaj və qurmadır.
.az xəbər verir ki, bu sözləri bu gün intim görüntüləri yayıldığı iddia edilən Yeni Azərbaycan Partiyasının Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov Azadinfo.az-a açıqlamasında bildirib.

“Bu gün bir xanım mənə görüntülü zəng etdi. Dəfələrlə zəngi geri çevirsəm də, o, mənə təkrar zəng vurdu. Çox zəngdən sonra açdım. Əvvəlcə nə baş verdiyini başa düşmədim. Xanım yarıçılpaq formada idi. Ona irad bildirib, telefonu söndürdüm. Sonra o, yenə yığdı. Yayılan videodan da görünür ki, mən məsələni anlamıram. Çünki ilk dəfə idi belə bir halla qarşılaşırdım. Gördüm, qadının məqsədi başqadır, onu bloka atdım. Biraz sonra mənə Türkiyə nömrəsi ilə bu video göndərildi. Məni şantaj elədilər ki, əgər onlarla əlaqəni kəssəm, haqqımda video paylaşacaqlar. Təbii ki, onların bu istəyini rədd elədim. Mən illərdir dövlətimə xidmət edən, maaşa işləyən adamam. Hardandır məndə pul? Partiya təşkilatımız şəhid və qazi ailələrinə yardimlar edir. Elə pulu tapıb onlara verənə qədər, hansıa şəhid ailəsinə yardım edərəm. Bu baxımdan, onlarla bir kəlimə belə danışmadan, yenə işçilərimizdən birinə xahiş etdim ki, onu blok eləsin.
İndi məndən qisas almaq üçün o videogörüntünü yayıblar. Amma bu, məni qəti narahat etmir – ailəmin də, dövlətimin də qarşısında alnım açıq, üzüm ağdır”, – deyə o bildirib.
Göyüşov bildirib ki, həmin şəxlərin məqsədi onun ictimai-siyasi nüfuzuna kölgə salmaqdır:
“Hər şey ortadadır. Bu şəxslər mənim ictimai-siyasi nüfuzuma kölgə salmağa çalışır. İlk dəfə deyil ki, belə hallar yaşanır. Hesab edirəm ki, bu adamlar xaricdəki qüvvələr tərəfindən idarə edilir. Yoxsa, onlar məni, harada çalışdığımı hardan bilir? Təbii ki, bu, sifarişlidir”.
Qeyd edək ki, bundan əvvəl də Türkiyədə yaşayan müəyyən şəxslər Azərbaycanda nüfuzlu, tanınan şəxsləri eyni üsulla şantaj edib, pul almağa çalışıblar.

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button