Top.Mail.Ru
CƏMİYYƏT

“Taliban” Əfqanıstanda ümumi seçkilər keçirməyi planlaşdırır |

Əfqanıstanda hakimiyyəti ələ keçirən radikal “Taliban” hərəkatı yerli əhalinin müxtəlif təbəqələrinin iştirakı ilə ölkədə ümumi seçkilər keçirməyi planlaşdırır.
.az xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı məlumat yayıb.

“Əfqanıstanda geniş cəmiyyəti əhatə edəcək ümumi seçkilərin keçirilməsi planlaşdırılır. Biz əhalinin ən geniş təbəqələrini, “Taliban” üzvü olmayan istedadlı insanları cəlb etməyə çalışırıq”, – deyə telekanal “Əfqanıstan İslam Əmirliyi”nin (“Taliban”ın özünə verdiyi ad – Red.) Məlumat və Mədəniyyət Nazirliyinin nümayəndəsindən sitat gətirib.
Çərşənbə axşamı radikalların elan etdiyi və tərkibinə əsasən puştunların (ölkənin ən böyük etnik qrupunun nümayəndələri) daxil olduğu müvəqqəti hökumətin tərkibi haqqında danışan hərəkat nümayəndəsi bildirib ki, “Taliban” üçün “kabinet üzvlərinin bacarıqları daha vacibdir, onların etnik mənşəyi deyil”.

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button