Top.Mail.Ru

CƏMİYYƏT

Xəzər rayon ictimaiyyəti uzun illərdir həsrətində olduğu tarixi qələbəni qeyd edir

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu gecə xalqa müraciət edərək şanlı qələbəmizin müjdəsini verməsi ölkəmizin hər yerində olduğu kimi, Xəzər rayonunda da böyük coşqu, sevinc və qürur hissi ilə qeyd edilir.

10 noyabr 2020-ci il tarixində qələbənin sevincini paylaşmaq üçün əllərində Azərbaycanın üçrəngli bayrağı və Ali Baş Komandanın portretləri olan Xəzər rayon sakinləri şanlı qələbənin sevincini yaşayırlar.

Rayon ictimaiyyətinin nümayəndələri ilk öncə Heydər Əliyev parkında ucaldılan Ulu Öndərin abidəsi qarşısında dahi rəhbərə ehtiramlarını nümayiş etdiriblər. Abidə önünə gül-çiçək düzən Xəzər rayon sakinləri Ümummilli Liderin xatirəsini anıb, dualar ediblər və şanlı qələbəmizlə bağlı şüarlar səsləndiriblər.

Loading...
Yazının davamı reklamdan sonra

Bundan əlavə rayonun bütün qəsəbələrində “Yaşasın Ali Baş komandan!”, “Qarabağ!”, “Qarabağ Azərbaycandır!”, “Azərbaycan Ordusuna eşq olsun!” “Qələbə bizimdir” kimi şüarlar bürüyüb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button