Top.Mail.Ru
CƏMİYYƏT

Eldar Həsənov məhkəmənin qapalı keçirilməsini istədi |

Azərbaycanın həbsdə olan keçmiş baş prokuroru, sabiq səfir Eldar Həsənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrlik etdiyi iclasda vəkillər Eldar Həsənovun şüşə qəfəsdən çıxarılaraq, məhkəmə zalında əyləşməsi ilə bağlı vəsatət verib.

Məhkəmə vəsatəti təmin edib və E.Həsənov qəfəsdən çıxarılıb.
Daha sonra vəkillər Eldar Həsənovun səhhətində problemlər olduğunu bildiriblər. Müdafiəçilər bu əsasla onun ev dustaqlığına buraxılaraq xəstəxanaya yerləşdirilməsi ilə bağlı vəsatət veriblər. Vəkillərin digər vəsatəti isə prosesin qapalı keçirilməsi ilə bağlı olub.
Məhkəmə vəsatətləri təmin etməyib.
Eldar Həsənov bildirib ki, məhkəməyə ağrılarla gəlir: “Bu günədək Azərbaycanda səfir həbs olunmayıb. Əgər sağ qalsam, mübarizəmi sona qədər aparacağam. Əgər ölsəm, nəslimdə 61 hüquqşünas var. Ən azı onlardan biri mənim hüquqları müdafiə edəcək. Bunu vəsiyyətimə də yazmışam.
Mənim məhkəmədə verəcəyim ifadə Azərbaycanın dövlətlər arası münasibətlərinə mənfi təsir edə bilər. Ona görə xahiş edirəm ki, proses qapalı keçirilsin”.
Daha sonra prokuror ittiham aktı elan etməyə başlayıb, hazırda prosesdə fasilə verilib. “Qafqazinfo”

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button