Top.Mail.Ru
CƏMİYYƏT

Vəfat edən sabiq icra başçısına görə bu şəxslər KARANTİNƏ ALINDI

Koronavirusdan vəfat edən Ağstafa rayonunun sabiq icra başçısı Nizaməddin Quliyevlə Gəncə İstintaq Təcridxanasında kontaktda olan bütün şəxslər karantinə götürülüb.

KAİM.az xəbər verir ki, bunu Trend-in sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildiriblər.

Qeyd edilib ki, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi hazırda onların səhhətinə xüsusi nəzarət edir.
Xatırladaq ki, Ağstafa rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq icra başçısı Nizaməddin Quliyev Gəncə İstintaq Təcridxanasında koronavirusa yoluxub. Sentyabrın 7-də səhhəti pisləşən sabiq icra başçısı Gəncə modul tipli xəstəxanaya yerləşdirilsə də, sentyabrın 8-də orada dünyasını dəyişib.

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button