Top.Mail.Ru
CƏMİYYƏT

DOST Agentliyi və “YAŞAT” Fondunun birgə MƏLUMATI |

Tovuz rayon sakini, Vətən müharibəsi iştirakçısı Kərimov Ülvi Elfaq oğluna heç bir sosial dəstək göstərilmədiyi barədə sosial şəbəkələrdə yayılmış məlumat həqiqəti əks etdirmir.
.az xəbər verir ki, bu barədə DOST Agentliyi və “YAŞAT” Fondunun birgə yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, Ü.Kərimovun da digər qazilərimiz kimi xidmətləri yüksək qiymətləndirilib, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə o, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.
Müharibədə yaralanmış Ülvi Kərimova Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar III dərəcə əlillik təyinatı aparılıb. Ona Prezidentin aylıq təqaüdü (300 manat) və əlilliyə görə aylıq müavinət (110 manat), ümumilikdə 410 manat sosial ödənişlər ayrılıb. Həmçinin o, hazırda əmək fəaliyyətindədir, aylıq 600 manatdan artıq məvacib alır.
Müharibədə xəsarət aldığı üçün “Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən ona 2750 manat sığorta ödənişi edilib. Qanunvericilikdə III dərəcə müharibə əlilliyinə görə 4400 manat sığorta ödənişi nəzərdə tutulur. Ülvi Kərimov tərəfindən “Azərsığorta”ya müraciət əsasında ona qalan fərq məbləğ (4400-2750), yəni 1650 manat sığorta ödənişi də veriləcək.
“YAŞAT” Fondu tərəfindən də Ülvi Kərimov bir sıra istiqamətlərdə dəstəklə təmin olunub. 2021-ci ilin iyun ayında stomotoloji xidmət göstərilməsi məqsədilə etdiyi müraciətə əsasən Ülvi Kərimova Fondun tərəfdaşı olan “Dayaq” xeyriyyə cəmiyyəti vasitəsi ilə 1020 manat dəyərində zəruri stomatoloji müalicə dəstəyi göstərilib. Onun “YAŞAT” Fonduna istehlak kreditlərinin qarşılanması üçün 27.08.2021-ci il tarixində etdiyi ikinci müraciətinə də müsbət cavab verilib və 6852 manat borcu Fond tərəfindən ödənilib.
Qazinin məşğulluq məsələsinə də dəstək göstərilir. “Heyvandarlıq” zərfi üzrə özünüməşğulluq proqramına cəlb edilmək istədiyini bildirən Ülvi Kərimova Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən yaxın günlərdə təsərrüfatını qurması üçün aktivlər (mal-qara və yem ehtiyatı) veriləcək.
Göründüyü kimi, Vətən müharibəsi qazisi Ülvi Kərimov da digər qazilərimiz kimi sosial dəstək tədbirləri ilə əhatə olunub. Qarşıdakı dövrdə də bu tədbirlər davam etdiriləcək./apa

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button