Top.Mail.Ru
CƏMİYYƏT

Salyan rayon İcra Hakimiyyətindən bayrağımıza həssas yanaşma — FOTOLAR |

Bəzi sosial şəbəkə hesablarında Salyan rayonunda yol kənarında yerləşdirilən şəhid fotolarına bərkidilmiş və cırıq halda olan Azərbaycan bayrağının fotoları paylaşılıb. 
.az bildirir ki, bu tip hallara tez-tez rast gəlinir və müxtəlif bölgələrdə yol kənarında, küçələrdə asılmış Azərbaycan bayrağı hava şəraitindən asılı olaraq, arzuolunmaz hala düşə bilir. 

Məsələ ilə bağlı Demokrat.az Salyan Rayon İcra hakimiyyəti ilə əlaqə saxlayıb.
İcra Hakimiyyətindən bildirilib ki, rayonda şəhidlərin fotoları, məzarlıqları olan bütün yerlər daim nəzarətdə saxlanılır: 
“Sadəcə havanın küləkli və yağmurlu keçməsi arzuolunmaz vəziyyət yaradır və biz də öz növbəmizdə təxirəsalınmaz addımlar atırıq. Bəli, havanın küləkli və yağmurlu keçməsi bayrağın cırılmasına səbəb olub. Ancaq dərhal biz tədbir görmüşük və bayrağı yenisi ilə əvəzləmişik. Bəziləri isə bundan şou düzəltməklə məşğuldur”.

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button