Top.Mail.Ru
CƏMİYYƏT

İntim görüntüləri çəkən şəxslər tapılacaq – DİN-dən REAKSİYA |

Son günlər sosial mediada yeni mütəşəkkil dəstə peyda olub. Belə ki, sözügedən şəxslər müxtəlif şəxsləri əvvəlcədən qurduqları plan əsasında intim videolarla şantaj edirlər.
.az xəbər verir ki, əvvəlcə gözəl görünüşlü bir xanıma məxsus profildən dostluq göndərilir. Sonra həmin xanım tanış olmaq istədiyini bildirir. Daha sonra isə görüntülü zəng edib, virtual sekslə məşğul olmağı təklif edirlər. Bu zaman isə danışıq qeydə alınır. Prosesdən sonra isə həmin video ilə tora salınan şəxsdən pul tələb olunur.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, polis baş verənləri nəzarətə götürüb:
“Bununla bağlı daxil olmuş faktlar, həmçinin vətəndaşların şikayətləri araşdırılır. Ən qısa zamanda intim görüntüləri çəkən şəxslər tapılacaq”, – deyə DİN-dən bildirilib.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının (YAP) Binəqədi rayon təşkilatının keçmiş sədri Ramiz Göyüşovun, Gürcüstan parlamentində təmsil olunan azərbaycanlı deputat Ruslan Hacıyevin, hətta Naxçıvanda fəaliyyət göstərən mollanın intim görüntülərinin eyni üsulla çəkildiyi iddia olunur.
Sosial şəbəkə istifadəçiləri kişilərə video zəng edərək virtual seks təklif edən və onları şantaj edən profil sahiblərinin adını da paylaşıblar. Belə ki, özünü Türkiyə vətəndaşı kimi təqdim edən xanımlardan biri Melek Soylu, digəri isə Seda Cavardı./Redaktor.az
 




Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button