Top.Mail.Ru
CƏMİYYƏT

“Facebook” foto və video çəkən “ağıllı eynək”lərini təqdim etdi — FOTO |

“Facebook” yeni “ağıllı eynək”lər seriyasını təqdim edib.
.az xəbər verir ki, bu barədə şirkətin rəsmi saytından məlumat yayılıb. Eynəklər “EssilorLuxottica” və “Ray-Ban” ilə birgə hazırlanıb. “Ray-Ban Stories” adlanan texniki vasitə ilə foto və video çəkmək, mediafaylları paylaşmaq, musiqi dinləmək və zəng etmək mümkündür.

Eynəklər foto və 30 saniyəlik video çəkməyə imkan verən 5 meqapiksellik kamera, mikrofon, eləcə də dinamiklə təchiz olunub. “Ağıllı eynək”lərin yeni seriyası 20 fərqli dizaynda satışa çıxarılıb. Onları onlayn şəkildə əldə etmək mümkündür.
Eynəklərin qiyməti 299 dollardan başlayır./Demokrat.az

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button