Top.Mail.Ru
CƏMİYYƏT

Saakaşvilinin qayıtması üçün Gürcüstanda HAZIRLIQ BAŞLADI – Ciddi hadisələr GÖZLƏNİLİR |

Gürcüstan parlamentinin deputatı, müxalif Qanun və Ədalət partiyasının lideri Tamar Çarkviani sabiq prezident Mixail Saakaşvilini ölkəyə qaytarmaq məqsədi daşıyan hərəkat yaradıb.
.az xəbər verir ki, Çarkviani cümə günü hərəkatın təqdimat mərasimini keçirib.

O qeyd edib ki, hərəkat sabiq prezidentin ölkəyə sülh yolu ilə gətirilməsinə nail olmaq məqsədilə təsis edilib.
Təşkilatın Tiflisdə artıq öz ofisi var və təşkilat gürcü mühacirlərinin ianələri hesabına mövcud olacaq.
Saakaşvili bazar ertəsi bildirib ki, oktyabrın 2-nə təyin olunan yerli seçkilər üçün vətəninə qayıtmaq niyyətindədir. O, marşrutunu və dəqiq gəlmə tarixini daha sonra ictimaiyyətə açıqlayacağını qeyd edib. / Modern.az

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button