Top.Mail.Ru
CƏMİYYƏT

Türkdilli dövlətlərin nazirliklərinin nümayəndələri Ağdama səfər etdi |

Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv dövlətlərin iqtisadiyyat nazirlərinin 10-cu görüşünün iştirakçılarının işğaldan azad olunmuş Ağdam rayonuna səfəri başlayıb.
.az xəbər verir ki, qonaqları Prezidentin Ağdam rayonu üzrə xüsusi nümayəndəsi Emin Hüseynov qarşılayıb.

Səfər iştirakçıları ilk olaraq Qarabağ xanlarının türbələrini və yaşayış evlərini (İmarət) ziyarət ediblər. Qonaqlara erməni vandallıqlarına məruz qoyulmuş türbələr və Natəvanın dağıdılmış məzarı göstərilib.
Daha sonra qonaqlar Ağdamdakı çörək muzeyinə səfər ediblər. Onlara muzey barədə ətraflı məlumat verilib.
Bundan sonra, nazirlik nümayəndələri Ağdam məscidinə gəliblər.
Nümayəndə heyətinə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Macarıstan nümayəndələri daxildir.

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button