Top.Mail.Ru
CƏMİYYƏT

Vətən müharibəsi şəhidinin ailəsində ağır itki – FOTO |

Vətən müharibəsi şəhidi Şamo Məhərrəmovun ailəsinə ağır itki üz verib.
.az-ın əldə etdiyi məlumata görə şəhidimizin atası Mətləb Məhərrəmov vəfat edib.

Qeyd edək ki, Qax rayonundan olan Şamo Məhərrəmov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şamo Məhərrəmov noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub.
O, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib./Ölkə.Az




Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button