Top.Mail.Ru
CƏMİYYƏT

İndi gözləri ilə görsünlər ki, erməniyə dəstək verən kimdir – Fazil Mustafa |

“Azərbaycan, Türkiyə və Pakistanın “Üç qardaş-2021” hərbi təlimləri rəsmi Bakının atacağı ən mühüm addımlardan biridir. Hər bir dövlət özünün müttəfiqləri ilə konkret vəziyyətə uyğun davranmaq məcburiyyətindədir. Biz də bu yöndə qardaş ölkələr kimi bir-birimizə dəstək vermək istiqamətində addımlar atmalıyıq. Bu, həm də gələcəkdə ekstremal vəziyyətdə birgə hərəkət etmək qabiliyyətinə yönəlib”.
.az xəbər verir ki, bunu Reyting.az-a deputat Fazil Mustafa Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının Bakıda keçirməyi planlaşdırdığı “Üç qardaş-2021” hərbi təlimindən danışarkən deyib.

Deputat bildirib ki, bu, Azərbaycan dövlət başçısının iradəsi və səyi ilə keçirilən tədbirdir: “Dost və qardaş ölkə başçılarını buna razı salıb. Bu real addımdır və təqdirəlayiqdir. Hesab edirəm ki, bunu davam etdirmək lazımdır. Biz birlikdə bu prosesləri həyata keçirmək imkanına sahibik. Biz Türkiyə ilə birlikdə Qara göldə təlim keçirdik. Gələcəkdə qardaş Pakistanla da Qarabağda hərbi təlimlər keçirməliyik. Yəni bu, daimi işlərimizdən biri olmalıdır”.
F. Mustafanın fikrincə, əslində hər kəs bilməlidir ki, Azərbaycan tək deyil, burada üç qardaş dövlət birlikdə hərəkət etmək iradəsini ortaya qoyub: “Bizə qarşı xəyanətkar davranan dövlətlər maraqlıdır ki, Qarabağdakı separatçılara müxtəlif hiyləgər yollarla dəstək versinlər. Əgər onlar Qarabağdakı separatçılara mal, yanacaq, inşaat materialları daşımaqda davam edirlərsə, bizim bu iradəmizi görməlidirlər. Bilməlidirlər ki, Azərbaycan bu prosesdə tək deyil, onun ciddi və güclü hərbi müttəfiqləri var”.
Deputat əlavə edib ki, bu prosesin bir yaxşı cəhəti də var: “Azərbaycanda danabaşlar var və onlar anlamırlar ki, Azərbaycanın dostu və düşməni kimdir. Onlar təbliğatda başqa-başqa ölkələrin maraqlarını qabardırlar. İndi gözləri ilə görsünlər ki, erməniyə dəstək verən kimdir, Azərbaycanın ağır günündə bura gəlib hərbi təlim keçən, hərbi gücünü ortaya qoyanlar kimlərdir. Məncə, bununla da cəmiyyətimizdə hər kəs yanındakını qınamaq imkanı əldə edəcək. Əslində, bu, imkan yaradır ki, insanlarımız boş şəkildə, dini və başqa təəssübkeşliyə görə, erməninin yanında olanları dəstəkləyənləri ifşa etsin. Bu baxımdan da müzakirə etdiyimiz tədbir gözəl fürsət yaradır. Mən hesab edirəm ki, bu proses davam etdirilməlidir”.

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button