Top.Mail.Ru
CƏMİYYƏT

Mirağa Əliyevi qətlə yetirən Dajbana hökm oxundu |

Gəncə Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Nicat Elçin oğlu Dajbanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
.az xəbər verir ki, hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, O.Fərəcbəylinin 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şikayət Gəncə Apellyasiya Məhkəməsində araşdırılır.
Qeyd edək ki, hadisə 2019-cu ilin noyabr ayında Gəncə şəhəri Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb. 1990-cı il təvəllüdlü N.Dajban 1989-cu il təvəllüdlü Mirağa İlqar oğlu Əliyevi küçədə bıçaqlayaraq öldürüb.
Hadisə iki avtomobilin toqquşması nəticəsində yaranan mübahisə zəminində törədilib.
Belə ki, M.Əliyevin idarə etdiyi avtomobillə N.Dajbanın idarə etdiyi minik maşını toqquşub. Qəzadan sonra sürücülər arasında mübahisə yaranıb. Mübahisə zəminində N.Dajban M.Əliyevi bıçaqlayıb. Ürək nahiyəsindən bıçaq xəsarəti alan M.Əliyev xəstəxanaya aparılarkən yolda ölüb.
D.Nicata qanunsuz silah saxlama və qəsdən adam öldürmə maddələri ilə ittiham verilib.
Xatırladaq ki, M.Əliyev şəhərdə fəaliyyət göstərən valyutadəyişmə məntəqələrindən birində işləyib. /Axar.az

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button