Top.Mail.Ru
CƏMİYYƏT

Din adamından İrana: “Diqqətli olun, bura Azərbaycandır” |

Güney Azərbaycanın Təbriz şəhərinin imamcüməsi Seyid Məhəmmədəli Əli Haşim İran Daxili İşlər Nazirliyinin Şərqi Azərbaycan əyalətinə yeni vali təyinatına etiraz edib.
.az xəbər verir ki, o, İranın aidiyyəti qurumlarını sözügedən bölgə ilə bağlı qərar verərkən ehtiyatlı olmağa çağırıb.

Onun sözlərinə görə, təyin edilən valilər Güney Azərbaycanın adına layiq adamlar olmalıdır.
“Güney Azərbaycan Səttarxan, Bağırxan, Xiyabani və Bakiri kimi dahi şəxsiyyətlərin, qəhrəmanların yurdudur. Əyalətin valisi, icra başçısı və başqa məsul şəxsləri də Azərbaycanın şan-şöhrətinə yaraşan şəxslər arasından seçilməlidir. İran daxili işlər naziri diqqətli olmalıdır, bura Azərbaycandır. Burada seçilən şəxslər Azərbaycan adına layiq adamlar olmalıdır”, – Seyid Haşim bildirib./Teleqraf.com

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button