Top.Mail.Ru
CƏMİYYƏT

Flora Kərimova təqaüdünü qazilərə verməsindən DANIŞDI |

Bir addım vardı, onu da həyata keçirdim. Bu mövzuda bundan başqa heç nə deməyəcəyəm.
.az xəbər verir ki, bunu açıqlamasında xalq artisti Flora Kərimova Prezidentin fərdi təqaüdünün ilk ayını Vətən Müharibəsi qaziləri arasında bölməsi ilə bağlı məsələyə aydınlıq gətirərkən deyib. Sənətkar yeni mahnılar üzərində işlədiyini deyib:

“Yeni mahnılar üzərində işləyirəm. Bir neçə mahnı var ki, onları tamamlamalıyam. Allah vaxt vəfa eləsə, bunların hər birini yazıb, planlarımı da yerinə yetirəcəyəm. Xüsusi konsert vermək kimi planım yoxdur, amma kimsə məni konsertinə dəvət eləsə, gedərəm”.
Flora Kərimova pandemiyadan da söz açıb: “Pandemiyadır. Xəstəlikdən qoruna bildim. Allah millətimi qorusun, bu bir ildə çox adamı itirdik. Onların arasında sənət adamları da var”.
Qeyd edək ki, xalq artisti, “Şərəf” ordenli Flora Kərimova ona təyin olunan Prezidentin fərdi təqaüdünün ilk aylığını Vətən Müharibəsi qaziləri arasında bölüb./qaynarinfo

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button