Top.Mail.Ru
CƏMİYYƏT

Çilidə qarışıqlıqların gedişatında 10 nəfər saxlanıldı |

Çili polisi dövlət çevrilişinin 48-ci ildönümü münasibəti ilə keçirilən nümayişlərin gedişatında baş verən qarışıqlıqlarda iştiraka görə azı 10 nəfəri saxlayıb.
.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəhbərinin müavini Xuan Fransisko Qalliyə istinadən “Bio Bio” radiostansiyası bildirib.

Onun sözlərinə görə, doqquz nəfər qarışıqlıqlarda iştiraka və vandalizm aktlarına görə saxlanılıb, daha bir nəfər hüquq-mühafizə orqanlarının əməkdaşına təhlükəyə görə saxlanılıb.
Qeyd edək ki, şənbə günü Çili paytaxtında dövlət çevrilişinin ildönümü münasibəti ilə ənənəvi nümayişlər keçirilib. Aksiya ümumilikdə sakitcə keçib, ancaq etirazçıların bir qrupu polislərə fişənglər atıb və barrikadalar qurmağa çalışıb. Radiostansiyanın məlumatına görə, qarışıqlıqların iştirakçıları həmçinin avtomobili və yanacaqdoldurma stansiyasını yandırıblar. Polis onları dağıtmaq üçün gözyaşardıcı qaz tətbiq edib.

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button