Top.Mail.Ru
CƏMİYYƏT

“Ermənistana ümid verərək Zəngəzur dəhlizinin açılmasını əngəlləyən də məhz İrandır…” |

Ermənistana ümid verərək Zəngəzur dəhlizinin açılmasını əngəlləyən də məhz İrandır. 
.az bildirir ki, tanınmış politoloq Qafar Çaxmaqlı artıq Azərbaycanda əsəbləri tarıma çəkən olayı – İranın ermənipərəst mövqeyini Moderator.az-a şərh edib:

“İranın Azərbaycanla bağlı siyasəti əvvəldən bəllidir. Şimali Azərbaycanda ortaya çıxan dövlətimizi özü üçün təhdid görür və bunu heç zaman da gizlətməyib. Güney Azərbaycan türkləri faktoru onu narahat edir. İmkan düşən kimi də Azərbaycanın zəif olması üçün əlindən gələni edib. Ermənistanla Azərbaycan arasında münaqişədə də ermənilərin tərəfini tutub. Bu artıq İranın dövlət siyasətinə çevrilib və orada hakimiyyətdə hansı mollanın olmasından asılı olmayaraq, bunun dəyişəcəyinə ümid etmək sadəlövhlük olardı.
Qarabağ zəfərini də İran həzm etmir. Sözdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləsə də, Ermənistan sərhədlərini özünün qırmızı çizgisi hesab etdiyini bəyan edir. Türkiyənin bölgədə artan gücünə qarşı düşmənçilik siyasətindən vaz keçməyən Ermənistanla müttəfiqlik münasibətləri, hərbi əməkdaşlıq qurur, ermənilərə altdan-altdan siyasi və digər yardımlarını etməkdədir.
Müharibənin qızğın dövründə belə Qarabağa dolu TIR-ların göndərildiyi görüntülər də dediyimizin sübutlarından biridir. İndi də Qarabağın işğaldan hələ ki, azad olunmamış ərazilərinə İran yük maşınlarının giriş-çıxışları göstərir ki, İran köhnə şakərindən əl çəkməyib. İran Zəngəzur dəhlizin də açılmasına mane olan və Ermənistanla eyni mövqedən çıxış edən bir dövlətdir.
Ermənistana ümid verərək Zəngəzur dəhlizinin açılmasını əngəlləyən də məhz İrandır. İrana güvənərək bu dəhlizin açılmasına mane olacaq siyasətin yürüdülməsi və dəhlizin açılmasının uzadılması bu ölkənin qısqanc siyasətinin nəticəsidir. Ermənilərə ümid verilir ki, onları iqtisadi blokadadan çıxaracaq başqa bir layihəyə cəlb edəcəklər. Çindən başlayacaq İran- Ermənistan və Gürcüstan keçməsi planlaşdırılan xəyali nəqliyyat xətti də artıq reallıq olan Zəngəzur dəhlizin açılmasına mane olmaq cəhdidir. Həm Ermənistanı, həm də İranı yerində oturtmaq üçün Azərbaycanın əlində kifayət qədər rıçaqlar, təsir vasitələri mövcuddur. Bunları işə salmağın zamanı gəlmişdir”.

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button