Top.Mail.Ru
CƏMİYYƏT

Vüsal Quliyev: “Jurnalistlər Şuşada gördükləri ERMƏNİ VANDALİZMİ barədə dünya ictimaiyyətinə geniş məlumat verəcəklər”

Əslən Şuşadan olan bir qrup media nümayəndəsinin bu gün Şuşa şəhərinə səfəri başlayıb.

Kaim.az-ın məlumatına görə, onlar 30 ildən sonra doğma şəhərlərini gəzir, digər tarixi yerləri ziyarət edir.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyin Müşahidə Şurasının sədr müavini, Prezident Administrasiyasının məsul əməkdaşı Vüsal Quliyev APA-ya açıqlamasında bildirib ki, jurnalistlər 30 il boyunca erməni vandallarının tarixi abidələri, evləri dağıtdığının şahidi olur:
“Onlar ölkə başçımızın rəhbərliyi altında görülən quruculuq işləri ilə tanış olacaqlar. Jurnalistləri bura gətirməkdə məqsəd 30 illik həsrətə son qoymaqdır. Eyni zamanda onlar müxtəlif beynəlxalq təşkilatlarda, platformalarda təmsil olunurlar. Jurnalistlər burda gördükləri erməni vandalizmi və quruculuq işləri barədə dünya ictimaiyyətinə geniş məlumat verəcəklər”.
Vüsal Quliyev Qeyri-Hökumət Təşkilatlarının nümayəndələrinin, jurnalistlərin Şuşa səfərindən gözləntilərini də açıqlayıb:

“İstəyirik ki, səfərə gələnlər erməni vandalizmini yerində görsünlər və əməkdaşlıq etdikləri beynəlxalq təşkilatları bu barədə məlumatlandırsınlar. Müxtəlif hesabatlar hazırlayıb beynəlxalq məhkəmələrə müraciət etsinlər. Son dövrlər QHT-lər bu sahədə kifayət qədər fəallıq göstərir. Bundan sonra onların işi daha da artacaq. Ümid edirəm ki, onlar yeni təşəbbüs göstərəcəklər. Biz hərtərəfli informasiya mübarizəsinə hazır olmalıyıq. Yeni yaranan agentlikdə qrant müsabiqələrində prioritetimiz Qarabağ mövzusudur”.

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button