Top.Mail.Ru

CƏMİYYƏT

Qarabağda azərbaycanlı və erməni əhalinin say nisbəti AÇIQLANDI

“Qarabağ münaqişəsi başlamadan öncə Laçın, Xocavənd, Ağdərə və Xankəndində  ermənilər və azərbaycanlılar qarışıq yaşayırdılar. Amma ermənilərin tamamilə məskunlaşdığı rayonumuz olmayıb”.

Bu sözləri Modern.az-a yazıçı-jurnalist Xəqani Rzaquliyev söyləyib. O qeyd edib ki, Xocalı rayonunda bugünkü gün Əsgəran ilə birlikdə azərbaycanlıların sayı 27 min 500 nəfər, erməni sayı isə 16 min 952 nəfərdir:

“Xankəndində isə 17 min nəfər azərbaycanlı, 49 min 848 nəfər erməni var idi. Lakin burada ermənilərdən 25 mini hərbiçilərdir. Ağdərədə 14 min 500 azərbaycanlı, 18 min 921 erməni yaşayır.

Loading...
Yazının davamı reklamdan sonra

Xocavənd rayonunda isə 23 min 104 erməni, 11 min 216 azərbaycanlı yaşayır. Hadrut qəsəbəsi Xocavəndə birləşdiyinə görə azərbaycanlıların sayı 11 min 980  nəfər var. Şuşada 34 min 200 Azərbaycan əhalisi yaşayır.

Qarabağda tam olaraq götürülsə, 1 milyona yaxın azərbaycanlı yaşayır. Bunu qabartmaq lazımdır ki, dünya görsün ki, 1 milyon 80-90 mindən çoxdur. Erməni çoxluğu heç vaxt olmayıb”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button