Top.Mail.Ru
CƏMİYYƏT

Hacı Surxay kanalını bağlayan hakerləri axtarır |

Azərbaycanlı ilahiyyatçı-din xadimi, ilahiyyat elmləri doktoru, İçərişəhər Cümə məscidinin axundu Hacı Surxayın Yutub kanalı kiberhücuma məruz qalıb.
.az-ın məlumatına görə, məsələ ilə bağlı Sfera.az-a açıqlama verən Hacı Surxay bildirib ki, Yutub kanalı artıq bərpa edilib.

“Kanalımız yeni açılsa da, qısa müddət ərzində 16 mindən çox abunəçi toplaya bilib. Videolarımızın izləmə sayı orta hesabla 40-100 min baxış olub. Yutub kanalımda canlı yayımda əsasən Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbəsindən, dövlətçilik ənənələrindən, Azərbaycanın uğurlarından söz açır, şəhid ailələri, şəhid övladları ilə söhbətlər edir, dini tərbiyəvi moizələr təqdim edirəm.
Ötən gün kanalım hakerlərin hücumuna məruz qaldı. Kanalın fəaliyyətinə nəzarət edən partnyor şirkət bu məsələni hüquqi müstəvidə araşdırır. Hücum edən hakerlərin tapılması, kanala müdaxilə edən şəxslərin aşkara çıxarılması üçün çalışılır. Ümumilikdə isə kanal hazırda bərpa edilib.
Qeyd edək ki, Hacı Surxay fikirlərinə görə, zaman-zaman mətbuatın gündəmində olub. Bir müddət əvvəl o, məhərrəmlikdə toy edənlərin bədbəxt olacaqlarını deyərək göndəmə gəlmişdi.

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button