Top.Mail.Ru

CƏMİYYƏT

Biz bu bayrağı Qarabağdan silmişik… – Gündəm olan karikaturanın müəllifi danışdı |

Sosial şəbəkələrdə Azərbaycan polisinin erməni maşının üzərində əks olunan qondarma rejimin bayrağını bıçaqla silməsini əks etdirən görüntülər yayılıb. Dünəndən bəri gündəmin əsas mövzusu və fotosu olan bu görüntüləri karikaturaçı rəssam Nuray Allahverdiyeva Digital Art formatında çalışıb.
.az xəbər verir ki, əl işi sosial şəbəkədə böyük marağa səbəb olan rəssam təəssüratlarını Moderator.az-a bölüşüb:

“Dünəndən bəri sosial şəbəkələrdə bu görüntülər yayılıb. O görüntülərə baxdıqca böyük fəxr hissi ilə yanaşı məndə ikrah hissi oyanırdı. Çünki, ermənilərin xəyal dünyasında yaratdıqları bir dövlətin olmadığını onlara sübut etsək də, onlar israrla bu dövlətin bayrağını maşınların üzərinə yapışdırırlar. Biz bu bayrağı Qarabağdan silmişik, maşınlara yapışdırmağın nə xeyri? Və bu düşüncədən də bu idea doğdu”.

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button