Top.Mail.Ru

CƏMİYYƏT

Azərbaycanlı qadınlar bir ildə bu qədər aborta gediblər – Aralarında 15-17 yaşı olanlar da var |

Azərbaycanda bir ildə qeydə alınan abortların sayı açıqlanıb.
.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi rəsmi məlumatda bildirilib ki, 2020-ci ildə ölkədə 34719 abort qeydə alınıb. Onların da 777-si və ya 2,2 faizi – ilk dəfə hamilə olmuş qadınlar tərəfindən həyata keçirilib.

2020-ci ildə hər 1000 fertil yaşda olan qadına 13,3 abort düşüb.
Rəsmi məlumatda yaş qrupları üzrә abortların sayına da aydınlıq gətirilib.
Belə ki, ötən il 15-17 yaşında olan qadınlar 29 dəfə abort üçün müraciət edib.
18-19 yaşlı qadınlar arasında aborta getmək 1270 dəfə olub.
20-24 yaşlı qadınlar arasında 7552, 25-29 yaşlı qadınlar arasında 10993, 30-34 yaşlı qadınlar arasında  9445, 35 yaşdan yuxarı olanlar arasında isə 5430 abort qeydə alınıb.

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button