Top.Mail.Ru
CƏMİYYƏT

Əfsanəvi boksçu prezidentliyə namizəd oldu |

42 yaşındakı Menni Pakyao – tarixdə səkkiz çəki dərəcəsində dünya çempionu olan yeganə boksçu – rəsmi olaraq Filippin prezidentliyinə namizəd olub.
.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, Pakyao ötən ilin noyabr ayında hakim Filippin demokratik partiyası – Xalqın gücünün rəhbəri seçilib, indi isə dövlət başçısı postuna namizədliyi irəli sürülüb.

Filippində prezident seçkiləri 2022-ci il mayın 9-da keçiriləcək.
Ölkə konstitusiyasına görə, 76 yaşlı Rodriqo Duterte artıq prezidentliyə namizədliyini irəli sürə bilməyəcək. Avqust ayında Filippinin vitse-prezidentliyinə namizəd olmaq istədiyini bildirib.
Duterte dövlət başçısı vəzifəsinə isə hazırda Davao şəhərinin meri olan qızı Saranın namizədliyini təklif edib.
Xatırladaq ki, Pakyao avqustun 22-də Las-Veqasda hakimlərin yekdil qərarı ilə WBA-nın orta çəki dərəcəsində kubalı Yordenis Uqasa uduzub və bundan sonra boksdan imtina etmək qərarına gəlib.
Bu məğlubiyyətdən sonra Pakyao özü belə yeyə bilmirdi – həyat yoldaşı Cinka tərəfindən qaşıqla yedizdirilib. /Lent.az

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button