Top.Mail.Ru

CƏMİYYƏT

Bakıda bu ərazidə də metro stansiyası TİKİLƏCƏK | Kaim.az

Bakı metrosunda Bənövşəyi xətt üzrə inşa ediləcək 5-ci yeni stansiyanın yeri müəyyən edilib.
Kaim.az.az xəbər verir ki, bu barədə Trend-ə Bakı Metropoliteni QSC-nin Tikinti Departamentinin baş mühəndisi Yaqub Musayev deyib.

O bildirib ki, yeni stansiyanın yeri artıq məlumdur:
“Yeni stansiya metronun “Nizami” stansiyasına yaxın ərazidə inşa ediləcək. Stansiya “Beşmərtəbə” deyilən ərazinin arxasında, 1 saylı Doğum evinin yanında inşa ediləcək”.
Xatırladaq ki, bu gün Bakı metropoliteninin Bənövşəyi xətti üzrə Cəlil Məmmədquluzadə küçəsində Heydər Əliyev adına İdman-Konsert Kompleksinin arxasındakı ərazidə yerləşəcək şərti adı B-04 olan stansiyanın inşasına başlanılıb.
Hazırda Bənövşəyi xəttin Xocəsən qəsəbəsində inşa olunan elektrik deposunda metropolitenin sayca 27-ci stansiyası yerləşəcək. B-04 stansiyası isə metropolitenin 28-ci stansiyası olacaq.

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button