Top.Mail.Ru

CƏMİYYƏT

Kinoteatrlar bu tarixdə AÇILA BİLƏR – AÇIQLAMA | Kaim.az

Artıq 2 ilə yaxındır ki, kinoteatrlar pandemiya ilə əlaqədar fəaliyyət göstərmir. Kinosevərlər “Cinema”ların açılacağı günü səbirsizliklə gözləyirlər. Bəs bu vaxta kimi kinoteatrların açılması üçün hansı qurumlara müraciət edilib?
Kaim.az.az xəbər verir ki, məsələ ilə bağlı Sonxeber.az-a “CinemaPlus” kinoteatrlar şəbəkəsinin müşahidə şurasının sədri Zaur Darabzadə açıqlama verib.

O, Mədəniyyət Nazirliyinin bununla əlaqədar Operativ Qərargaha müraciət etdiyini vurğulayıb:
“Beynəlxalq təcrübəyə əsaslanaraq, fərqli yanaşma olmadığından, MDB ölkələri, Avropa, ABŞ, hetta Asiada və bunun kökü olan pandemiyanın başladığı bir çox digər inkişaf etmiş ölkələrdə yoluxma sayı azaldıqdan sonra kinoteatrların açılma ehtimalı çoxalır. Qonşu ölkə Rusiya və qardaş ölkə Türkiyədə isə kinoteatrlar artıq açılıb.
Məsələ ondan ibarətdir ki, insanlar zala yalnız “COVID-19 vaksin sertifikatı” ilə buraxılacaqlar. Ticarət mərkəzlərinə vaksinlə daxil olurlarsa, oradan da “Cinema”ya vaksinlə getmiş olacaqlar.
Zal mütləq hər dəfə xüsusi məhlullarla dezinfeksiya olunacaq. Beynəlxalq təcrübəyə əsaslanaraq, düşünürik ki, bir oturacaqdan bir olmaqla ara məsafəsi qoyulacaq.
Qeyd etmək istəyirəm ki, artıq dünyanın bir çox ölkələrində “Cinema”lar açılır. Bunun əsas səbəbi odur ki, noyabr-dekabr aylarında çox maraqlı dünya premyeraları gözlənilir.
Bizdə də bununla bağlı Mədəniyyət Nazirliyinə müraciət olundu, nazirlik isə bununla bağlı Operativ Qərargaha müraciət edib. Biz inanırıq ki, qısa zamanda bu müraciətə baxılacaq və bizim xeyrimizə pozitiv qərar veriləcək”.

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button