Top.Mail.Ru

CƏMİYYƏT

Medalını satışa çıxaran qazi ilə bağlı YAŞAT Fondundan AÇIQLAMA | Kaim.az

YAŞAT Fondu Vətən Müharibəsində göstərdiyi şücaətə görə ona verilən medalı satışa çıxaran qazi Səid İskəndərovun iddialarına münasibət bildirib.
Kaim.az.az xəbər verir ki, fonddan yeniavaz-a verilən açıqlamada qeyd olunub ki, qazi S.İskəndərova məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə müraciəti əsasında 11.02.2021-ci il tarixində 2 500 AZN ödənilib:

“O, 2021-ci ilin iyun ayında fondun Çağrı Mərkəzinə (8110) yenidən müraciət edib və müalicə psixoloji dəstək xərclərinin ödənilməsi ilə bağlı yox, növbəti dəfə məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə dəstək göstərilməsini istəyib. Müvafiq müraciətin qeydə alınması üçün ondan Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyin təyin olunmasına dair çıxarış istənilib, lakin o müvafiq sənədi təqdim etməyib.
Müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti istisna olmaqla (tibb üzrə müraciətlər epikriz əsasında da qəbul edilir) yaralıların digər istiqamətlər üzrə müraciətləri zamanı əlilliyin təyin olunmasına dair çıxarış təqdim edilməlidir”.
Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən qazinin iddialarının araşdırıldığı və bu barədə ictimaiyyətə məlumat veriləcəyi qeyd olundu.

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button