Top.Mail.Ru

CƏMİYYƏT

Milli İncəsənət Muzeyində fortepiano musiqisi axşamı keçirilib

XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Milli İncəsənət Muzeyində istedadlı gənc pianoçu Vurğun Vəkilovun iştirakilə fortepiano musiqisi axşamı baş tutub.

Vurğun Vəkilov 1998-ci ildə anadan olub. Bülbül adına orta ixtisas musiqi məktəbinin və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunudur. Bir çox beynəlxalq və respublika müsabiqələrinin, o cümlədən VIII Beynəlxalq “Citta di Pesaro” müsabiqəsində (İtaliya, Pesaro, 2011), Adilə Əliyeva adına pianoçuların X Beynəlxalq müsabiqəsinin (Fransa, Annemas, 2016) laureatı olub. 2017-cı ildən etibarən təhsilini Fransanın Paris şəhərində yerləşən “Ecole Normale de Musique de Paris-Alfred Cortot” Musiqi Akademiyasında, Rena Şereşevskayanın sinfində davam etdirir.

Azərbaycan Dövlət Milli İncəsənət Muzeyində keçirilən fortepiano musiqi axşamında V.Vəkilovun həzin və romantik ifasında Modest Musorqskinin “Sərgidən şəkillər” silsiləsi, Friderik Şopenin valsları, Sergey Prokofyevin 4 saylı sonatası, Qara Qarayevin prelüdləri səsləndi.

Loading...
Yazının davamı reklamdan sonra

 

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button