Top.Mail.Ru

CƏMİYYƏT

Faktiki hava – Hazırda çaylarda sel və daşqın MÜÇAHİDƏ OLUNUR

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 24-ü saat 13:00-a olan məlumatına əsasən bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, arabir yağış yağıb, Balakən, Zaqatalada intensiv və güclü olub.

Bu barədə Kaim.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Güclü yağış nəticəsində Balakənçay ( Balakən), Katexçay Katex və Talaçayda (Zaqatala ) hal-hazırda sel və daşqın hadisəsi müşahidə olunur.

Loading...
Yazının davamı reklamdan sonra

Düşən yağışın miqdarı Balakənçay məntəqəsində 144.0 mm, Balakəndə 137.0 mm (aylıq normanın 161 %-i), Əlibəydə 12.0 mm (aylıq normanın 100%-i), Zaqatalada 94.0 mm (aylıq normanın 110 %-i), Sarıbaşda (Qax) 3.0 mm, Qusar, Göygöldə 2.0 mm, Kişçay (Şəki), Astara, Xaltan, Quba, Şəki, Tovuz, Gəncə, Şəmkir, Naftalan, Daşkəsən, Şərurda 1.0 mm-dək olub.

Sentyabrın 22-də cənub-şərq küləyi Ağstafada 20 m/s, Cəfərxan, Naftalan, Tərtərdə 18 m/s-dək güclənib.

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button