Top.Mail.Ru

CƏMİYYƏT

ABŞ-dakı azərbaycanlılar BMT-nin binası qarşısında etiraz aksiyası keçirirlər | Kaim

ABŞ-ın Nyu-York ştatında yaşayan soydaşlarımız Manhetten adasında BMT-nin baş qərargah binasının önündə etiraz aksiyası keçirirlər.
Kaim.az “Report”a istinadən xəbər verir ki, aksiyanın keçirilməsində məqsəd 27 sentyabrda başlayan və 44 gün davam Vətən müharibəsi şəhidlərini yad etmək və BMT-nin Ermənistanın mina xəritələrini Azərbaycana təhvil verməməsinə səssizlik nümayiş etdirdiyini Baş Assambleyanın 76-cı sessiyasının yüksək səviyyəli iclaslarına qatılan dünya liderlərinin və diplomatların diqqətinə çatdırmaqdır.

Əllərində Azərbaycan bayraqları, Qarabağ həqiqətlərinin əks olunduğu plakatlar, şəkillər tutan, şüarlar səsləndirən həmvətənlərimiz BMT-dən ədalət tələb edirlər.
Aksiyada çıxış edən gənclər BMT-dən qətnamələrə məhəl qoymayan təcavüzkar Ermənistana qarşı sərt addımlar atmaq tələb edirlər.
Aksiya iki saat ərzində davam edəcək.

Mənbə
KAİM.AZ

Loading...
Yazının davamı reklamdan sonra

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button