Top.Mail.Ru

CƏMİYYƏT

Anım Günü hava necə olacaq? | Kaim

Sentyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Kaim.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 15-17° isti, gündüz 20-23° isti olacaq. Bakıda gecə 15-17° isti, gündüz 20-22° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 50-55 % olacaq.
Tibbi-meteoroloji proqnoz
Sentyabrın 27-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında: Əsasən yağmursiz. Lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər dağlarda duman. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-16° isti, gündüz 22-26° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti, yüksək dağlıq ərazilərdə gecə 0-3° şaxta, gündüz 3-5° isti olacaq.

Mənbə
KAİM.AZ

Loading...
Yazının davamı reklamdan sonra

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button