İmişlidə iki yaralı qaziyə nə icradan baş çəkən var, nə səhiyyə şöbəsindən – RƏZALƏT

Azərbaycanın 44 günlük haqq savaşı ölkəmizin hərb tarixinə yeni səhifə yazdı. Vətənini, dövlətini sevən hər kəs “Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” deyərək bu haqq savaşında əsl birlik , həmrəylik nümayiş etdirdi. Kimliyindən, tutduğu mövqeyindən asılı olmayaraq hər kəs Azərbaycan Ordusunun cəbhədə həyata keçirdiyi uğurlu əməliyyatları, yaşayış məntəqələrimizin bir-birinin ardınca düşmən işğalından azad edilməsini ruh yüksəkliyi ilə qarşıladı.
Ön cəbhədə döyüşən zabit və əsgərlərimizin ailə üzvlərinə diqqət ayırmaq, onlara qayğı göstərmək indi ən vacib məsələlərdən birinə çevrilib.
Hər gün sosial şəbəkələrdə, portallarda hansısa döyüşdə olan əskərin və ya şəhidin problemlərindən yazılır. Banka borcu olanlara banklar güzəşt edir, kimi onların evinə hansısa əşyanı alır. Kimi hətta maşın bağışlayır.
Çox zaman adi diqqət bəs edir. Lakin əyalətlərdəki bəzi məmurların başı elə qarışıb ki , öz üstlərinə düşən vəzifələri dərk etmirlər.
Kaim.az-a İmişlidən yazırlar ki, köməyə ehtiyacı olan iki yaralı qazimizə nə baş çəkən var. Nə diqqət ayıran.
Söhbət Qaragüvəndikli kəndindən olan qazilərimiz Əliyev Rüfət Xəlil oğlu və Əhmədov Səxavət Fəxrəddin oğludur.
Bu igidlərimizi bir İmişli məmuru yada salmır. Nə Səhiyyə şöbəsindən gələn var , nə də icradan maraqlanan.
Rayon əhalisi ümid edirdi ki. Vilyam Hacıyevdən sonra nəsə yaxşılığa doğru dəyişəcək. Görünən odur ki, yanılıblar. Bu qazilərlə bağlı ətraflı yazı hazırlayacağıq. Yerli məmurlara isə öz vəzifələrini icra etməyi tövsiyyə edirik.
İlqar Atabəyli