Top.Mail.Ru
CƏMİYYƏT

Agentlik tərəfindən təzyiqlərə məruz qalan sahibkar ölkə başçısına MÜRACİƏT ETDİ

Dövlət Mineral Xammal Ehtiyyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin əməkdaşlarından şikayətçi olan “Qarabağ-ER” MMCnin direktoru, sahibkar Vəli Nəbi oğlu Albəndov digər iş adamları kimi media vasitəsi ilə prezidentən kömək istəyir. Agentlik tərəfindən başına gətirilən müsibəti ölkə başçısına çatdırmaq istəyən, Tərəqqi Medalı və “Əməkdar Mühəndis” fəxri adı verilmiş sahibkar Vəli Albəndovun,   Prezidenti Cənab İLHAM ƏLİYEVƏ və Ekologiya və Təbii Sərvətlər  Naziri Muxtar Babayevə Müraciət ünvanlayıb.

KAİM.az həmin müraciətini olduğu kimi təqdim edirik:

“Tərtər rayonu ərazisində yerləşən “Qarabağ-ER” MMCnin direktoru, sahibkar Vəli Nəbi oğlu Albəndov, Sizə yazıb məlumat üçün bildirir və xahiş edirəm ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərkibində fəaliyyət göstərən, Dövlət Mineral Xammal Ehtiyyatlarından İstifadə Agentliyinin İdarə Heyyətinin bir qrup nümayəndələri tərəfindən sahibkarlıq fəaliyyətimdə olan “Qum-Çınqıl karxanasına baxış  keçirilmiş və qanuni sənədlərimə baxılmışdır.
Lakin hüquqi sənədlərə yerin təkindən istifadə qaydalarına əməl etdiyimizə baxmayaraq, təşkilatımıza şər-böhtanlı, qanunsuz fikirlərlə təşkilatımızı, “dövlətə zərər vurma” adı ilə Gəncə Kommersiya məhkəməsinə şikayət verərək 542500 (beş yüz qırx iki min beş yüz) min manat məbləğində çərimə ödəmə tələb edilmişdir.
Bununla bərabər müraciət əsasında“Qarabağ-ER” MMC-nin hüquqi sənədlərinin ləğv edilməsi tələbini irəli sürmüşlər.
Halbuki, mənim sahibkar kimi fəaliyyətim dövründə Dövlətə məxsus olan, hal-hazırda hüquqi sənədlər əsasında işlərimizi qanunun tələblərinə uyğun aparmışıq və heç bir qanunsuz işlərə yol verməmişik.
Nəticədə Gəncə Kommersiya Məhkəməsi 06 sentyabr 2021-ci ildə, Dövlət Mineral Xammal Ehtiyyatlarından İstifadə Agentliyinin iddia ərizəsinə baxılmış və geniş hüquqi qaydada müzakirələr, araşdırılmalardan və təhlillərdən sonra, Dövlət  Mineral Xammal Ehtiyyatlarından İstifadə Agentliyinin qanunsuz iddia tələbini ləğv etmişdir.
Gəncə İnzibati Məhkəməsi, 06 sentyabr 2021-ci il tarixində, Dövlət Mineral Xammal Ehtiyyatlarından İstifadə Agentliyinin hüquqi sənədlərimizin ləğv edilməsi haqqında tələbinə baxılmışdır.
Nəticədə məhkəmə “Qarabağ-ER” MMC-yə məxsus hüququnu təşkilatın özündə saxlamış və haqsız, qanunsuz olan, Dövlət Mineral Xammal Ehtiyyatlarından İstifadə Agentliyinin tələbini təmin etməmişdir. (hüquqi sənədlərin qüvvədə saxlanılmasına qərar vermişdir).
Yuxarıda göstərdiyim kimi, Agentliyinin qanunsuz və qaydasız hərəkətləri və tələbləri nəticəsində, “Qarabağ-ER” MMC təşkilatına (Sahibkara) çox böyük zərələr dəymiş, maliyyə təsərrüfat fəaliyyətimiz tam pozulmuş, çox sayda 30 (otuz) nəfər işçimiz və müəyyən sayda sürücü və mexanizatorçularımız 7 (yeddi) ay işsiz qalmış və Azərbaycan Respublikası üzərə keçirilən Tenderlərdə iştirak hüququmuzu pozduqları üçün (hüquqi sənədləri ləğv etdikləri üçün) kənarda qalmışıq və demək olar ki, bu dediklərimiz; DövlətMineral Xammal Ehtiyyatlarından İstifadəAgentliyinin qanunsuz hərəkətləri və məhkəmələrə qanunsuz yazdıqları iddia ərizələrinə əsasən “Qarabağ-ER” MMC-nin iş nüfuzu aşağı düşmüşdür.
Bu dediklərimiz və  bildirdiklərimiz qanunsuz və əsassız səbəblər ucbatından Dövlət Mineral Xammal Ehtiyyatlarından İstifadə Agentliyi “Qarabağ-ER”–nin maliyyə-təsərrüfat fəaliyyətinə və şirkətin nüfuzuna, sahibkarlıq fəaliyyətimizə 246000 (iki yüz qırx altı min) manat zərər vurmuşdur. Halbuki, “Qarabağ-ER” MMC təşkilatı yarandığı gündən Dövlət proqramlarında və tapşırıqlarında işləmiş və təşkilatımızın tikdiyi və başa çatdırdığı  layihələrdən dörd ədəd müxtəlif təyinatlı obyektlərimizin açılıb istifadəyə verilməsində, Möhtərəm Prezidentimiz cənab İLHAM ƏLİYEV iştirak etmiş və görülmüş keyfiyyətli işlərin nəticəsi kimi təşkilatın rəhbəri Mən, Albəndov Vəli Nəbi oğluna müxtəlif vaxtlarda; Azərbaycan Respublikası Prezidenti Cənab İLHAM ƏLİYEVİN imzası ilə Tərəqqi Medalı və Əməkdar Mühəndiis Fəxri ada layiq görülmüşəm. Əsassız səbəblər ucbatından Dövlət Mineral Xammal Ehtiyyatlarından İstifadə Agentliyi mənim və şirkətin hüquqların heçə saydığı üçün prezidentimdən kömək istəyir, ədalətin bərqərar olmasına inancım böyük olduğu üçün prezidentimdən agentliyin belə fəaliyyətinə qanunla qiymət verilməsini rica edirəm…”

Bundan başqa Ekologiya və Təbii Sərvətlər  Nazirliyinin tərkibində fəaliyyət göstərən Dövlət Mineral Xammal Ehtiyyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin bir qrup nümayəndələrindən 50-yə yaxın sahibkar da prezidentə şikayətçi düşüb.

Belə ki, Dövlət Mineral Xammal Ehtiyyatlarından İstifadə Agentliyinin tərəfindən 50-yə yaxın sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin iflic vəziyyətə salıb. İldə dövlət büdcəsinə yüz min manatlarla xeyir verən bu sahibkarların göz yaşına baxmadan agentliyin qoluzorluları səbəbsiz olaraq hər iş adamını 300-700 min manat civarında cərməliyərək fəaliyyətlərinə son verib. Prezidenti belə tanımayan agentlik qolçomaxları elə prezidentin Tərəqqi Medalı və Əməkdar Mühəndiis Fəxri adı verən layiqli və vicdanlı sahibkar “Qarabağ-ER” MMCnin direktoru  Vəli Nəbi oğlu Albəndova vicdan əzabı verən məmurlar digər 50-yə yaxın sahibkarlara da elə eyni “vicdan cəza”sı kəsiblər. Görən bu agentlər prezidentin dəstək verdiyi sahibkarları sıradan çıxardmaq məqsədi nəyə hesablanıb? Əcabə bu agentlər də İran və Faransa hökümətləri siyasətinə bağlıdır. Yoxsa, İlham Əliyevi gözdən salma və ya Azərbaycanda nizamı pozma siyasəti körügləyirlər. Hərçənd görünən o ki, yaxın günlərdə yaradılan kiçik agentlik bir anda  böyük qərarlar verir. Allah sonunuzu hayır etməsin. Çünki onlarla  sahibkara hayırsız qərarlar verən agentlikyə, üstə gəl 300 mindən 700 min manata qədər cərimələnən hər MMC-də evinə çörəkpulu qazanan yüzlərlə insanın çörəyinə bais olma, həqiqətən də nə dövlətə nədə ki, qərar verən həmin kəslərə yaxşı gələcək vəd etmir.  Təssüflər ki, insanların sosial vəziyyətinin ağır günündə bunu edən dövlət məmurları tapılır və yüzlərlə yoxsul ailənin etirazlar keçirməsinə vadar edir. Media olaraq 500 mindən çox cərimə kəsilən sahibkarla əlaqə saxlayıb baş verənlərlə bağlı cavablar almışıq.

Növbəti yazıda Dövlət Mineral  Xammal Ehtiyyatlarından  İstifadə Agentliyinin 100 mindən 700 min manata qədər ağır çərmələr edilən sahibkarların siyahısını dərc edəcəyik. Həmin sahibkarlar ki, yüzlərlə işçisini agentlik məmurları ucmatından ac və çarəsiz qoyulub. Çarpıcı cavablar verən iş adamları və zəmətkeşlər haqalarını bərpa etmək üçün Avropa məhkəmələrinə qədər gedə biləcəklərini açıqlayıb. Avropa məhkəməsində isə Azərbaycan əleyhinə çıxacaq hər bir qərar dövlətimizin demokratiya yolunda yürüməsinə böyük zərbə ola biləcəyini bir anda düşünmək faciədən başqa bir şey deyil. Bax. onda həmin AGENTLİK heyyətini “topdan” və “pərakəndə”olaraq  DTX tərəfindən  “Azadlıqdan məhrum cərməsi”  gözləyir. Çünki, zülmün uzün gecəsi olduğu kimi, haqqın da bükülməz qolu, dönməz üzü vardır. Necə deyərlər insan qəbir evinə qoyulduqdan sonra, başı əhlət daşına dəyəndə “vay ölən mənmişəm.” deyir. //İXAM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button