Top.Mail.Ru
CƏMİYYƏT

“Nizami Gəncəvi irsi və təbiət” mövzusunda VII konfrans KEÇİRİLİB – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi dahi şairin istər ölkəmizdə, istərsə də xaricdə təbliği və tədqiqi işinin yeni mərhələyə yüksəlməsinə güclü təkan verib.

KAİM.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə 1 oktyabr 2021-ci il tarixində Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birgə təşkil etdiyi “Nizami Gəncəvi irsi və təbiət” mövzusunda VII konfrans keçirilib.

Konfransı giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli konfrans iştirakçılarını salamlayaraq, Nizami Gəncəvinin ümumbəşəri mahiyyət daşıyan, ecazkar poetik qüvvəyə malik yaradıcılığının nəinki ölkəmizdə, dünya ədəbiyyatında da əvəzsiz yeri olduğunu vurğulayıb.

AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova tədbirdə çıxış edərək yüksək milli-əxlaqi, vətənpərvərlik nümunəsi olan Nizami Gəncəvinin fenomenal bəşəri irsindən, humanizm, insana məhəbbət, yüksək əxlaq, estetik zövq, tərbiyə və bilik mənbəyi olan əsərlərindən danışıb.

Həmçinin, konfransda Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri Məryəm Qafar-zadə “Nizami Gəncəvi yaradıcılığında ümumbəşər dəyərlər” mövzusunda çıxış edib, Nizami dühasının bəşəriyyətin ədəbi fikir tarixinə töhfələri haqqında bəhs edib. Mədəniyyət Nazirliyinin xətti ilə “Xəmsə” Türkiyədə türkcə beş cilddə yayımlanıb. Həmin kitablar konfransda təqdim olunub.

Tədbir Zəhra Abdullayeva, Eldar Əmirov, Təhminə Bədəlova, Ulduz Həşimova və Səyyarə İbadullayevanın məruzələri ilə davam etdirilib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button