Top.Mail.Ru
CƏMİYYƏT

Telman İsmayılov təcridxanaya YERLƏŞDİRİLDİ – Deportasiyası HAZIRLANIR

Azərbaycanlı iş adamı, Moskvadakı Çerkizovski bazarının keçmiş direktoru Telman İsmayılov Monteneqroda həbs olunub.

Kaim.az xarici KİV-ə istinadən xəbər verir ki, o, deportasiya ediləcək şəxslər üçün nəzərdə tutulan təcridxanaya yerləşdirilib. Bu gün Podqoritsa şəhərində Ali Məhkəmənin hakimi Vladimir Novoviç bu barədə qərar verib.

Telman İsmayılov Rusiya tərəfindən qətl sifarişində ittiham olunaraq beynəlxalq axtarışa verilib.

AST Şirkətlər Qrupunun sahibi Telman İsmayılov 1956-cı ildə Azərbaycanda anadan olub. //Modern.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button