Top.Mail.Ru

CƏMİYYƏT

Xankəndi-Bakı qatar xətti açılır?

Xankəndində dəmir yolu rabitəsinin bərpa etməyin mümkünlüyünü müəyyənləşdirmək üçün xüsusi komissiya 30 il əvvəl fəaliyyəti dayandırılmış dəmir yol vağzalına baş çəkib.

Yenisabah.az xəbər verir ki, bu barədə “İzvestisiya” qəzeti məlumat yayıb. “Təxminən 30 ildə ilk dəfə Stepanakertin əsas dəmir yolu stansiyasına keçid blokdan çıxarıldı. Keçmişdə buraya girmək mümkün deyildi. Əvvəllər bu stansiya Stepanakerti Moskva və Bakı kimi şəhərlərlə birləşdirirdi, lakin Qarabağdakı ilk hərbi kampaniyadan sonra bina demək olar ki, tamamilə dağılıb.

Hal-hazırda bina daha çox fəlakət filmi üçün hazırlanmış dekorasiyanı xatırladır”, – deyə qəzetin əməkdaşı bildirib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button