Top.Mail.Ru
CƏMİYYƏT

Pandemiya xəbərini dünyaya elan edən çinli 600 gün sonra yenidən DANIŞDI

Çinin şəhəri Uhanda ortaya çıxan və bütün dünyaya yayılan koronavirus epidemiyasını elan edən ilk adlardan biri Çen Qiuşi adlı bir vəkil idi. Düz 600 gün sonra təəccüblü yazıları ilə dünya mətbuatının diqqətini çəkən və birdən yoxa çıxan vəkildən xəbər gəlib.

KAİM.az Musavat.com-a istinadən xəbər verir ki, bir dostunun canlı yayımında qonaq olan Qiuşi, “Son bir il və səkkiz ay ərzində çox şey yaşadım. Bəzilərini deyə bilərəm, bəzilərinə deyə bilmərəm. İnanıram ki, nə demək istədiyimi anlayacaqsınız ”,– deyə açıqlama verib.

Koronavirus epidemiyası ilk dəfə 2019 -cu ilin dekabrında Çinin Uhan şəhərində ortaya çıxıb və Uhan o vaxtdan bəri epidemiyanın episentri hesab edilib.

Fotoşəkilləri, videoları və korona hekayələrini sosial mediada paylaşan Çen Qiuşi və bir neçə jurnalist koronavirusun ortaya çıxdığı, giriş və çıxışın karantinlə qadağan edildiyi Uhan şəhərində yoxa çıxmışdı. Bəzilərinin Çin hökuməti tərəfindən saxlanıldığı ortaya çıxsa da, epidemiyanı dünyaya elan edən Çen Qiuşi adlı vəkildən aylarla heç bir xəbər almaq mümkün olmamışdı.

Keçmiş insan hüquqları vəkili Çen daha sonra fəallar arasında tanınmış bir jurnalist olub. Əsl şöhrətini 2019 -cu ilin avqustunda Honq Konqda baş verən etirazları işıqlandıraraq qazanıb. Etirazları izlədikdən sonra ölkəyə qayıdan Çen Qiuşi, polisin onu izlədiyini və şiddətə məruz qaldığını açıqlayıb. Onun 700 mindən çox izləyicisi olan sosial media hesabı da silinib.

Çenin oktyabr ayında açdığı bir “YouTube” hesabında izləyicilərinin sayı 400 minə çatıb. “Twitter”də 265 mindən çox izləyicisi var. O, Uhanda çəkdiyi ilk videoda “Kameramdan istifadə edərək burada baş verənləri sənədləşdirəcəyəm. Faktları ört -basdır etməyəcəyimə söz verirəm”, – deyə açıqlama vermişdi.

7 fevral 2020 -ci ildə “Twitter” hesabından paylaşılan son videoda Çenin anası oğlunun bir gündür itkin düşdüyünü söyləmişdi. Dostu Xu Xiaodonq da daha sonra “YouTube”da bir video paylaşaraq Çenin zorla karantinə alındığını bildirmişdi.

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button