Top.Mail.Ru
CƏMİYYƏT

Azərbaycan gömrükçüləri siqaretlər MÜSADİRƏ ETDİ – FOTO

Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn “DAF” markalı nəqliyyat vasitəsi saxlanılıb.

KAİM.az-ın komitəyə istinadən verdiyi məlumata görə, avtomobilin sürücüsü şifahi sorğu-sual olunub.

Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı bir predmetin olmadığını bildirib.

Gömrük baxışı zamanı avtomobilin dartıcısı ilə qoşqusu arasında olan su qabının və hava filtirinin içərisində gömrük nəzarətindən gizlədilən 10 400 ədəd müxtəlif markalı siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button