Top.Mail.Ru
CƏMİYYƏT

Sabunçu və Suraxanıda dəhşətli yanğın – TƏCİLİ

Bakı şəhəri Sabunçu və Suraxanı rayonlarında yanğın hadisəsi baş verib.

Kaim.az xəbər verir ki, hadisə barədə Fövqəladə Hallar nazirliyindən məlumat verilib.

Məlumatda qeyd edilir ki, Suraxanı rayonunda yerləşən beşmərtəbəli binanın dördüncü mərtəbəsindəki mənzildə yanğın olub. Mənzildə ev əşyaları və 5 metr sahə yanıb.

Sabunçu rayonunda ümümi sahəsi 22 kvadratmetr olan vaqon tipli tikili içərisindəki əşyalarla birlikdə yanıb. Yanğının məişət qaz balonu səbəbindən olduğu bildirilib.

Hər iki ərazidə yanğın mühafizə bölmələri tərəfindən söndürülüb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button