Top.Mail.Ru
CƏMİYYƏT

Xalq artistinin aktyor oğlunun səhhəti AĞIRLAŞDI

Xalq artisti, mərhum aktyor Eldəniz Zeynalovun oğlu Məmməd Zeynalovun səhhəti ağırlaşıb.

Kaim.az xəbər verir ki, bu barədə aktyorun həyat yoldaşı İradə Zeynalova məlumat verib. Onun bildirdiyinə görə, aktyorun əli işləmir:

“Məmmədin əli işləmir. Əlini qəti hiss eləmir, həkimlərə gedirik, müayinə edirlər, amma səbəbini deyə bilmirlər. Biri müayinə edir, sonra digərinə yönəldir. Artıq neçə aydır ki, onun xəstəliyinin səbəbini deyən yoxdur. Xəstənin dərdini həkim deməlidir də. Demək olar ki, onu mən geyindirib gəzdirirəm”.

Qeyd edək ki, İrəvan Dövlət Teatrının aktyoru Məmməd Zeynalov bir neçə il bundan öncə insult keçirib. Bundan əlavə, aktyor həm də böyrək çatışmazlığından əziyyət çəkir./Qaynarinfo

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button