Top.Mail.Ru
CƏMİYYƏT

Gürcüstanda matəm günü elan olunub – Dövlət bayraqları aşağı endirildi | Kaim

Gürcüstanın Batumi şəhərində baş vermiş faciəvi hadisə ilə əlaqədar Gürcüstanda matəm günü elan edilib.
Kaim.az xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin imzaladığı qərara əsasən, Batumidə 7 mərtəbəli binanın çökməsi nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədi ilə oktyabrın 11-də matəm günü kimi qeyd ediləcək.

Matəm günü ilə əlaqədar Gürcüstan Prezidentinin sarayı, parlament, hökumət və digər dövlət idarələrinin binalarında bayraqlar endirilib.
Xatırladaq ki, oktyabrın 8-də Batuminin 26 May küçəsində 7 mərtəbəli binanın çökməsi nəticəsində üçü azyaşlı olmaqla 9 nəfər həlak olub, bir nəfər ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hadisəyə binanın birinci mərtəbəsində aparılan təmir-bərpa işləri zamanı təhlükəsizlik qaydalarının pozulmasının səbəb olduğu açıqlanıb. Faktla əlaqədar 3 nəfərin saxlanıldığı bildirilib.
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 9-da faciə ilə əlaqədar Gürcüstan Prezidenti Salome Zurabişviliyə başsağlığı verib.

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button