Top.Mail.Ru
CƏMİYYƏT

Tovuzda qadın fermerlərin iştirakı ilə Beynəlxalq Kənd Qadınları Günü və Ümumdünya Ərzaq Günü qeyd edildi

Bu həftə dünyada Beynəlxalq Kənd Qadınları Günü (15 Oktyabr) və Ümumdünya Ərzaq Günü (16 Oktyabr) qeyd olunur.

Azərbaycanda qlobal maarifləndirmə kampaniyası çərçivəsində qadın fermerlərə, sahibkarlara və qadın liderlərə onların dayanıqlı kənd təsərrüfatı və qida təhlükəsizliyi sistemlərinin yaradılması üçün bərabər şərtlərlə töhfə verə bilmələri və bu fəaliyyətlərinə diqqəti cəlb etmək üçün bir sıra tədbirlər həyata keçirilir.

Tədbirlər BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA), və Azərbaycan Kənd Qadınları Assosasiyası ilə sıx əməkdaşlıq şəraitində təşkil olunur.

Oktyabrın 11-də Azərbaycanın şimal-qərbində yerləşən Tovuz şəhərində “Kənd qadınlarının COVID-19-un təsirlərinə qarşı dayanıqlılığını gücləndirilməsi” mövzusunda ilk konfrans keçirilib. Tədbir, COVİD-19 pandemiyasına qarşı mübarizədə xüsusən də kənd təsərrüfatı sistemlərinin gücləndirilməsində qadınların rolunu vurğulamaq, habelə hökumətin kənd yerlərində qadınların səlahiyyətləndirilməsi üçün verdiyi dəstək və beynəlxalq təşəbbüsləri öyrənmək üçün müxtəlif maraqlı tərəfləri bir araya gətirib.

Əsasən iki böyük layihənin, FAO-Azərbaycan Tərəfdaşlıq Proqramının (FATP) “Qadınların iqtisadi güclərinin artırılması” layihəsi və USAID Özəl Sektorun İnkişafı (PSA) layihəsinin Fəaliyyəti Proqramının “Qadınların Assosiasiyalarda iştirakı Qadınlar” layihəsi komponenti çərçivəsində, bu layihələrdən faydalanan 50-dən çox iştirakçı və Kənd Qadınları Assosasiyası üzvləri tədbirdə iştirak etdilər. Tədbir Tovuz rayon “ASAN Xidmət” Mərkəzində keçirilib.

Tədbir çərçivəsində kiçik məhsul yarmarkası təşkil olundu. Kənd təsərrüfatı məhsulları ilə məşğul olan qadın sahibkarlar yarmarkada məhsullarını iştirakçılar və qonaqlara təqdim etdilər.

FAO-nun Azərbaycandakı nümayəndəsinin köməkçisi Bariz Mehdiyev açılış nitqində FAO-nun COVİD-19 pandemiyasının fermerlərə təsirini xüsusən də qadın fermerlərə və onların iqtisadi imkanlarına necə təsir etdiyini təhlil etdiyini bildirdi. “Biz bütün Qida Qəhrəmanlarımıza qida məhsullarını istehsal edən, sahədə yetişdirən, yığan və çatdıran hər bir şəxsə bu dövrdəki fəaliyyətlərindən dolayı təşəkkür etməliyik, bu məcmuədə xüsusilə kəndli qadınları- fermerlərə qida sistemində fəaliyyətlərinə görə vurğulamaq lazımdır.

Dünyada ərzaq istehsalının yarısından çoxu qadın fermerlər tərəfindən istehsal olunur. Azərbaycanda isə statistikaya əsasən əmək fəaliyyəti ilə məşğul olan qadınların üçdə biri aqrobiznes sektorundadır.
Bu göstəricilərə baxmayaraq gender bərabərliyinin təmin olunmasında daha çox işlərin görülməsinə ehtiyac var, o cümlədən gəlirlərin eyniləşdirilməsi, məlumatlara, maliyyəyə, torpaq sahələrinə və qərar qəbul etmə prosesində iştirakının daha da artırılmasının təşviq edilməsi gərəklidir. Bizim Azərbaycan hökuməti ilə tərəfdaşlığımız gender bərabərliyini gücləndirmək və kənd yerlərində qadınların iqtisadi imkanlarını sürətləndirmək məqsədi daşıyır”.

USAID Özəl Sektorun İnkişafı (PSA) Layihəsinin rəhbəri Devid Blad qeyd etdi: “Məqsədimiz Azərbaycan iqtisadiyyatını dəstəkləmək və daha əlverişli biznes mühitini yaratmaq üçün azərbaycanlı tərəfdaşlarla əməkdaşlığı gücləndirməkdir. Fəaliyyətimizdə qadınların rəhbərlik etdiyi və qadın yönümlü müəssisə və təşkilatları inkişaf etdirmək, eləcə də milli iqtisadiyyatda qadın sahibkarlığını aparıcı qüvvə kimi qəbul edən iqtisadi islahatların təşviqinə kömək etmək üçün əməkdaşlıq qururuq. Qadınların iqtisadi həyatda iştirakının təmin edilməsi, kənd yerlərində aqrar iqtisadi fəaliyyətlərin dəstəklənməsi, biznesə dəstək xidməti üçün potensialın gücləndirilməsi və mikro, kiçik və orta sahibkarlığın inkişafının qarşısını alan maneələrin azaldılması fəaliyyətimizin əsas hissəsini təşkil edir”.

“Bu gün ölkədə ilk dəfə qeyd olunan Beynəlxalq Kənd Qadınları Günü ölkəmiz üçün mühim əhəmiyyət daşıyır. Bu günə aid tədbirlər davamlı olaraq gələcək illərdə də təşkil olunacaq. Kənd təsərrüfatı və iqtisadiyyatın bütün sektorlarında qadınların iqtisadi cəhətdən gücləndirilməsi dövlətimizin prioritet məsələrdən biridir. Burada əsas məqsəd, kənd qadınlarının aqrar sektorda məşğulluğunu təmin etmək və ölkəmizin kənd təsərrüfatı sektotunda qadınların iştirakını artırmaqla onların səsini cəmiyyətdə gücləndirməkdir. Arzu edirik ki, hər uğurlu xanım digər kənd qadınlarına nümünə olsun, onların özünə inam, iradə kimi keyfiyyətlərindən və təcrübəsindən bəhrələnərək öz uğur hekayələri ilə icmalarda və ölkədə layiqli yerləri tutsunlar,”- AKİA-nın sədr müavini,Leyla Məmmədova, öz çıxışında bildirib.

Azərbaycan Kənd Qadınları Assosiasiyasımın sədri Gülbəniz Qənbərova “Qadın özünə-kömək modeli əsasında yaranan kollektiv bizneslər kənd təsərrüfatı eləcə də meyvə və tərəvəz emalı sahəsində qadınların gəlirlərinin artmasına kömək olur. Məqsəd odur ki, kənd qadınları sosiallaşsınlar, iqtisadi imkanları bol olsun, ailəyə dəstək göstərə bilsinlər.”

Tədbirin davamında kənd qadınlarının sahibkarlıq fəaliyyətində iştirakını təmin etmək və bacarıqlarını gücləndirmək üçün inkişaf proqramları və layihələrin təsirlərini həmçinin imkanları araşdırmaq üçün “Qadınların inkişaf prosesində iştirakı” mövzusunda dəyirmi masa müzakirələri təşkil edildi.

Tədbirin sonunda, FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı (FATP) “Qadınların iqtisadi güclərinin artırılması” layihəsi çərçivəsində yaradılan Qazax, Ağstafa, Tovuz, Ağdam və Gədəbəydən olan 5 qadın qrupuna məlumat əldə etmək və bazara çıxışa dəstək olacaq avadanlıqlar (noutbuklar, printerlər və modemlər) təqdim olundu. Bu addımla onların təsərrüfatlarında məhsuldarlılığın artırılması, gəlirlərinin artırılması və azad bazara çıxışlarının təmin olunması hədəflənir. FAO olaraq “Qadınların iqtisadi gücünün artırılması” layihəsi çərçivəsində 12 rayonda 270-dən çox aqrar fəaliyyətlə məşğul olan qadınların kənd təsərrüfatına dair məlumatlara, biliyə, maliyyə resurslarına, emal vasitələrinə və bazarlara çıxış imkanlarına dəstək veririk.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button