Top.Mail.Ru
CƏMİYYƏT

Heydər Əliyev Sarayı “Nizami” operasını səhnələşdirəcək

Heydər Əliyev Sarayının mətbuat katibi Aytac Bağırlının verdiyi məlumata görə dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar Heydər Əliyev Sarayı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və “BEAT Group” şirkəti, “VISA”-nın dəstəyi ilə XX-ci əsrin görkəmli bəstəkarı Əfrasiyab Bədəlbəylinin “Nizami” operasını səhnələşdirəcək.

Layihə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı və Azərbaycan Dövlət Akademik Filarmoniyasının Mahnı və Rəqs Ansamblı ilə birgə müştərək nəzərdə tutulur. Layihənin İdeya müəllifi Respublikanın Əməkdar artisti Ramil Qasımov, layihənin rəhbəri Xalq artisti Fərhad Bədəlbəyli, tamaşanın quruluşçu rejissoru Əməkdar artist İnarə Babayeva, quruluşçu dirijoru Əməkdar artist Əyyub Quliyev və quruluşçu xareoqrafı Əməkdar artist Ceyhun Qubadova məxsusdur.

Tamaşada Əməkdar artist Ramil Qasımov, Əməkdar artist Inarə Babayeva, Rza Xosrovzadə, Elmir Rüstəmov, Mahir Tağızadə və Emin Ismayılov yer alıblar.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button