Top.Mail.Ru
CƏMİYYƏT

Hakerlər məşhur onlayn kazinodan azərbaycanlı oyunçuların məlumatlarını OĞURLADI | Kaim

Naməlum haker məşhur onlayn kazinonun məlumat bazasına girib və bütün oyunçuların şəxsi məlumatlarını oğurlayıb.
Kaim.az xəbər verir ki, bu barədə BI.ZONE şirkəti məlumat yayıb.

Məlumata görə, haker Pin-Up.bet kazinosunun təhlükəsizlik sisteminə daxil olaraq 10 milyona yaxın oyunçunun məlumatlarını oğurlamağı bacarıb. Bunlardan təxminən 8 milyonu Rusiya, 600 mini Türkiyə vətəndaşıdır. Qurbanların arasında Azərbaycan, Türkiyə və bir sıra Avropa ölkələrindən olan oyunçular da var. Azərbaycandan hakerin qurbanı olan oyunçuların dəqiq sayı məlum deyil.
Kiber cinayətkarlar müştərilərin maliyyə məlumatlarını, ünvanlarını, doğum tarixlərini, telefon nömrələrini və digər məlumatlarını əldə edə bilib.
Məlumatları hakerlər satışa qoyub və kriptovalyutada fidyə istəyib.
Pin-Up.bet platforması totalizatorda və onlayn kazinolarda oynamağa imkan verir. Qeyd edək ki, Rusiyada onlayn kazinolar qadağandır, amma Azərbaycanda bu sayt bloklanmamışdır.

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button