Top.Mail.Ru
CƏMİYYƏT

Kənd Təsərrüfatı Nazirliyinin elmi işçilərinə TƏLİM KEÇİRİLİB

Kənd təsərrüfatı sahəsində idarəetmənin təkmilləşdirilməsi, əməkdaşların müasir tələblərə uyğunlaşmasının təmin edilməsi məqsədilə korporativ etika və ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi ilə bağlı təlimlər keçirilib.

KAİM.az xəbər verir ki, təlimlərdə ənənəvi korporativ etika qaydaları ilə yanaşı, müasir dövrdə formalaşmış yanaşmalar, texnoloji vasitələrdən istifadə üzrə təlimat elmi-tədqiqat institutlarının əməkdaşlarının diqqətinə çatdırılıb, onların fikirləri dinlənilib.

Qeyd edək ki, 2020-ci ildən etibarən COVİD-19 pandemiyası ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə təşkil olunan təlimlər onlayn formata keçirilib. 2021-ci ilin ilk 6 ayı ərzində informasiya texnologiyaları, heyvandarlıq, bitkiçilik, baytarlıq, əkinçilik, tərəvəzçilik, idarəetmə və kargüzarlıqla bağlı 97 yerli və beynəlxalq təlimdən 2933 benefisiar faydalanıb. Eyni zamanda, əməkdaşların əmək bazarının tələblərinə uyğun inkişafını təmin etmək, idarəetmə və təşəbbüskarlıq bacarıqlarını artırmaq, eləcə də yeni əməkdaşların adaptasiya prosesini sürətləndirmək məqsədilə Kənd Təsərrüfatı Nazirliyində təhsil və ixtisaslaşma istiqamətində təlimlər, xaricdə təhsil proqramlarına cəlb etmə və əməkdaşlar arasında müsabiqə tipli müxtəlif tədbirlər icra edilir.

Nazirlikdə insan resursları sahəsində ən son yeniliklər mütəmadi olaraq araşdırılır, onların tətbiqinə əsaslanan fəaliyyətlər, proqramlar və tədbirlər həyata keçirilir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button