Top.Mail.Ru
CƏMİYYƏT

Onlara sadəcə “AYİB OLSUN” deyə bilərəm – RƏŞİD MAHMUDOV

Xəbər verdiyimiz kimi Göygöldə bir qrup şəxs tərəfindən it döyüşləri keçirilib. Yüzlərlə insan keçirilən yarışa baxmaq üçün “it meydanı” adlanan əraziyə toplaşıb. Hətta qanunsuz yarışların hər ay keçirilməsinin nəzərdə tutulduğu bildirilib.

KAİM.az xəbər verir ki, məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən Əməkdar müəllim Rəşid Mahmudov yarışda iştirak edən şəxsləri tənqid edib: “Həm o yarışı təşkil edənlərə, həm iştirak edənlərə, həm də baxmağa gedənlərə sadəcə “Ayıb olsun” deyə bilərəm. O şəxslərə deyilə biləcək başqa söz yoxdur.

Qanunsuz yarış keçirirlər, gedib maraqla tamaşa da edirlər, elə bil doğru iş görüblər. O qədər boş vaxtları varsa, cəmiyyəti maraqlandıran məsələlərin həlli ilə məşğul olsunlar.

O qədər çox pulları varsa, şəhid, qazi ailələrinə dəstək üçün ayırsınlar. O yarışlara göstərdikləri marağı başqa sahələrə yönəltsinlər”

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button