Top.Mail.Ru

CƏMİYYƏT

Mingəçevir Dövlət Universitetində “Turizmdə dərketmə” mövzusunda təlim keçirilib

2020-ci ilin 25 noyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU)
təşkilatçılığı ilə “Turizmdə dərketmə” mövzusunda təlim keçirilib. “ZOOM” platforması
üzərindən online formatda təşkil edilən təlim MDU ilə Şəki Dövlət Regional Kolleci
arasında əməkdaşlıq çərçivəsində reallaşdırılıb.

Təlimçilər qismində MDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin dekan
müavini Xəlil Xəlilov, Şəki Dövlət Regional Kollecinin müəllimi, turizm sahəsində
mütəxəssis Araz Alıbəyov çıxış ediblər

.

Loading...
Yazının davamı reklamdan sonra

Universitetin və Kollecin tələbələrinin qatıldığı təlimdə Azərbaycanda turizmin
inkişafı sahəsində həyata keçirilən tədbirlər, turizim sahəsində investisiya imkanları,
ölkəmizin “Slow Food” destinasiyası kimi formalaşması potensialı, yerli qastronomiya
və mədəni irsin dəyərləndirilməsi, tələbələrin turizm obyektlərində təcrübəsinin təşkili
və digər məsələlər barədə ətraflı məlumat verilib.

Maraqlı müzakirələrin aparıldığı təlimdə tələbələrin çoxsaylı sualları
cavablandırılıb və göstərilən maraq nəzərə alınmaqla birgə təlimlərin davam
etdirilməsi qərara alınıb.

Qeyd edək ki, turuzm sənayesi üçün ali təhsilli mütəxəssis hazırlığı həyata
keçirilən MDU-da sözügedən istiqamət üzrə tədrisin məzmununun
təkmilləşdirilməsinə xüsusi diqqət yetirilir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button